...

Cavid Qurbanov: Səsimə səs verən olmadı...

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2016 17:22 (UTC +04:00)
Azərbaycan istehsalçıları dəmir yolu üçün ehtiyat hissələri və digər detalların istehsalı məsələsində daha fəal olmalıdır.
Cavid Qurbanov: Səsimə səs verən olmadı...

Bakı. Maksim Tsurkov – Trend:

Azərbaycan istehsalçıları dəmir yolu üçün ehtiyat hissələri və digər detalların istehsalı məsələsində daha fəal olmalıdır. Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov dəmiryolçuların peşə bayramına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycanda heç bir dəmir yolu hissəsi istehsal olunmur: "Biz hər bir şeyi xaricdən alırıq, istehsal edəcək bir şeyimiz yoxdur. Gələcəkdə yerli zavodlarda belə məhsullar istehsal oluna bilər. Biz bu imkanları nəzərdən keçirməliyik. Bu mənada istehsalçılarımız da aktiv olmalıdır. Hazırda bizim istifadə etdiyimiz hissələrin əksəriyyəti Rusiya istehsalıdır. Lakin o hissələri Azərbaycanda da istehsal etmək olar. Təəssüflər olsun ki, bu barədə heç kim düşünməyib".

C.Qurbanov qeyd edib ki, şəxsən dəfələrlə yerli istehsalçılara müraciət edərək bəzi hissələrin Azərbaycanda istehsal olunmasını təklif edib: "Amma mənim səsimə səs verən olmadı. Bizdə elə bir zavod yoxdur ki, lövbər, elektrovoz motoru və sair hissələri istehsal etsin. Daxili bazarda istehsal olunan bəzi hissələr isə ya keyfiyyətsiz, ya çox baha olur, ya da bizə uyğun olmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti