...

Azərbaycanda pambıq yığımı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2016 18:10 (UTC +04:00)
Oktyabrın 17-nə olan məlumata görə, Azərbaycanda 38,89 min ton pambıq yığılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 1,7 dəfə üstələyir.
Azərbaycanda pambıq yığımı artıb

Bakı. Ənvər Məmmədov – Trend:

Oktyabrın 17-nə olan məlumata görə, Azərbaycanda 38,89 min ton pambıq yığılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 1,7 dəfə üstələyir. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Müqayisə üçün ötən ilin analoji dövründə 22,78 min ton pambıq yığılıb.

Hesabat dövründə ən çox pambıq Saatlı rayonunda yığılıb. 8,11 min hektar əkin sahəsindən 6 min tondan artıq pambıq yığılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti