...

Azərbaycanın ixrac etdiyi malların 31,9 faizi aqrar məhsullarının payına düşür (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2016 11:56 (UTC +04:00)
2016-ci ilin doqquz ayı ərzində 2015-ci ilin 9 ayı ilə müqayisədə Azərbaycan ixrac etdiyi aqrar məhsulları 31,9 faiz artırıb.
Azərbaycanın ixrac etdiyi malların 31,9 faizi aqrar məhsullarının payına düşür  (YENİLƏNİB)

Bakı. Azad Həsənli – Trend:

2016-ci ilin doqquz ayı ərzində 2015-ci ilin 9 ayı ilə müqayisədə Azərbaycan ixrac etdiyi aqrar məhsulları 31,9 faiz artırıb. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Bakıda keçirilən "Qeyri-neft ixracı: günün çağırışları və yeni imkanlar". konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın aqrar məhsullarının təxminən 90 faizi Rusiyaya çatdırılır.

Bununla yanaşı, nazir müavini qeyd edib ki, əgər 2010-ci ildə kənd təsərrüfatı məhsullarının ixracının strukturunda meyvə-tərəvəzin payı yalnız 31 faiz idisə, indi bu göstərici 80-90 faizə çatıb.

Nazir müavini bildirib ki, son 15 il ərzində Azərbaycanın əsas kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 5 dəfə, son on il ərzində 56,2 faiz, son beş il ərzində - 28,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti