...

"Ziraat Bankası" Azərbaycan bankındakı payını satmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2016 13:38 (UTC +04:00)
"Ziraat Bankası" Azər Türk Bankdakı payını satışa çıxarmağı planlaşdırır.
"Ziraat Bankası" Azərbaycan bankındakı payını satmaq istəyir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin "Ziraat Bankası" Azər Türk Bankdakı payını satışa çıxarmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu "Ziraat Bankası"nın baş direktoru Hüseyn Aydın Türkiyənin "Milliyyət" qəzetinə müsahibəsində deyib.

H.Aydının sözlərinə görə, hazırda bank rəhbərliyi satışla əlaqədar Azərbaycan Maliyyə Nazirliyi ilə danışıqlar aparır.

Müsahibədə deyilir ki, Azər Türk Bankdakı pay hissəsinin satışı ilə bağlı razılaşmanın yaxın günlərdə əldə olunacağı gözlənilir. Hazırda bankın səhmlərinin 86 faizi Azərbaycan hökumətinə məxsusdur.

Qeyd edək ki, 1995-ci ildən Azərbaycanın bank bazarında yer alan "Ziraat Bankası" Azər Türk Bankın səhmlərinin 12,37 faizinə sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti