...

Azərbaycanın ilk əczaçılıq zavodu 2020-ci ildə tam gücü ilə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2016 15:43 (UTC +04:00)
Azərbaycan-Rusiya birgə əczaçılıq zavodu 2020-ci ildə tam istehsalat gücünə çatacaq.
Azərbaycanın ilk əczaçılıq zavodu 2020-ci ildə tam gücü ilə işləyəcək

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan-Rusiya birgə əczaçılıq zavodu 2020-ci ildə tam istehsalat gücünə çatacaq. Trend-in məlumatına görə, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Pirallahı sənaye parkında zavodun təməlqoyma mərasimində iştirak edən nazir layihənin mərhələlər şəklində davam edəcəyini bildirib: “Bu ilin sonundan etibarən infrastruktur işləri, gələn ildən isə istehsalat sahələrinin tikintisi başlayacaq. Zavod tam istehsalat gücünə 2020-ci ildə çatacaq”.

Ş.Mustafayev indiyədək Azərbaycanda dərman istehsal olunmadığını, zavodun bu sferada ilk müəsissə olacağını deyib.

Zavodun tikintisinə 74 mliyon dollar sərmayə qoyulacaq və səhmlərinin 10 faizi “Azərbaycan İnvestisiya Şirkəti”nə, 45 faizi Rusiyanın “R-Farm”, qalan 45 faizi Azərbaycanın “Vita-A” şirkətlərinə məxsus olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti