Bakı. Trend:
Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Avropanın vahid valyutası avronun çökməsindən ehtiyat edir.
Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə keçmiş nazir İndiana ştatında DePo Universitetinin tələbələri ilə görüşü zaman deyib.
Kemeronun fikrincə, avrozonanı gələcəkdə daha çox problem gözləyir. O qeyd edib ki, avro əvvəlcədən planlaşdırıldığı kimi çalışmır.
Keçmiş baş nazir deyib:
“Bütün avrozona ölkələrində vahid valyuta var, amma vahid vergi və maliyyə sistemi yoxdur. Bu, böyük çətinliklər yaradır”.