Bakı. Azad Həsənli - Trend:
Azər Əliyev “Ateshgah Life Insurance” sığorta şirkətinin İdarə heyətinin sədri təyin edilib.
Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, o bu vəzifədə Əkbər Mədətlini əvəz edib.
Ə.Mədətli isə öz növbəsində “Ateshgah Insurance” şirkətinin İdarə heyəti sədrinin birinci müavini təyin edilib.
A.Əliyev daha əvvəl “Ateshgah Insurance” şirkətinin İdarə heyətinin sədr müavini vəzifəsində çalışıb.