...

Bakıda yeni əczaçılıq zavodunun təməli qoyuldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2017 11:56 (UTC +04:00)
Pirallahı Sənaye Parkında yeni əczaçılıq zavodunun təməli qoyulub.
Bakıda yeni əczaçılıq zavodunun təməli qoyuldu (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Bakıda Pirallahı Sənaye Parkında yeni əczaçılıq zavodunun təməli qoyulub.

Trend-in məlumatına görə, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii, həmçinin iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, "Azersun Holding"in baş direktoru Savaş Uzan, Azərbaycan İnvestisiya Şirkətinin rəhbəri Rövşən Nəcəf iştirak ediblər.

Zavodun dəyəri 30 milyon dollardan çoxdur. Müəssisə iki il ərzində istismara veriləcək.

Layihənin tərəfdaşları olan "TPICO" (İran İslam Respublikası) 49 faiz, "Azersun Holdinq" 26 faiz və Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibidirlər.

Layihənin ilk mərhələsində həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.

Təməlqoyma mərasimi çərçivəsində tərəfdaşlar arasında səhmdarlar arasında saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti