Nazir: Pensiyaların sığorta hissəsinin artırılması 1 milyon 240 min nəfərə şamil olunacaq (FOTO)

Nazir: Pensiyaların sığorta hissəsinin artırılması 1 milyon 240 min nəfərə şamil olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və "Minimum aylıq əmək haqqının artırılması haqqında" 2017-cı il 21 yanvar tarixli sərəncamları ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin cari ildə də davam etdirildiyinin əyani təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd olunan sərəncamlarla əlaqədar keçirdiyi mətbuat konfransında vurğulayıb.

S.Müslümov bildirib ki, ötən dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları nəticəsində ölkənin hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması təmin olunub:

"Dünya iqtisadiyyatı üçün ağır, ciddi çətinliklərin yaşandığı, neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü 2016-cı ildə də dövlət başçısının məqsədyönlü islahatları Azərbaycanın belə bir vəziyyətdən uğurla çıxmasına, respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artım əldə olunmasına imkan verib. Xüsusilə də belə şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması diqqətdə saxlanıldı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təkcə ötən il imzaladığı 30-dək fərman və sərəncamla ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin edildi. Başqa sözlə, postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün 600 milyon manatdan artıq vəsait yönəldildi. Sosial iqtisadi tədbirlər sosial rifah göstəricilərinin yüksəlməkdə davam etməsi, o cümlədən əmək haqlarının 7 faiz, pensiyaların 8 faiz artımı ilə müşahidə olundu”.

Nazir vurğulayıb ki, 2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsi məqsədilə hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur: "Bu tədbir nəticəsində istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmaqla nəticə etibarilə əmək pensiyalarının ildən-ilə artırılması təmin olunur. 2007-ci ildən ötən müddətdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən artıq 11 sərəncam imzalanıb və həmin sərəncamlar nəticəsində pensiyalarda mütəmadi artımlar edilib. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur”.

S.Müslümov qeyd edib ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir: “Ötən il respublikamızda istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Möhtərəm dövlət başçımızın “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq”.

Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə ilə artımının avtomatlaşdırılmış qaydada icra ediləcəyini bildirən S.Müslümov vurğulayıb ki, növbəti ayın, yəni fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçiriləcək: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2017-cı il tarixli sərəncamının icrası ilə bağlı işlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin edəcək”.

Nazir onu da bildirib ki, Azərbaycanda əmək pensiyaçılarının sayı ötən il 16,1 min nəfər və ya 1,24 faiz artaraq (o cümlədən yaşa görə 0,4 faiz, ailə başçısını itirməyə görə 3,9 faiz, əlilliyə görə 2,06 faiz artaraq) 1 yanvar 2017-ci il tarixinə 1 316 min nəfər təşkil edib: "Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da ildən-ilə artmaqda davam edir. Sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 2017-cı ilin 1 yanvar tarixinə 3 371,9 min nəfər təşkil edib. Eyni zamanda bu sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33, 9 min nəfərə çatıb”.

2003-cü ildən 2017-ci ilədək minimum əməkhaqqının 11,7 dəfə artdığını qeyd edən S.Müslümov "Minimum aylıq əmək haqqının artırılması haqqında" 2017-cı il 21 yanvar tarixli sərəncamın bu artım dinamikasının cari ildə də davam etməsinə imkan yaratdığını bildirib: “Sərəncama əsasən, minimum aylıq əmək haqqının məbləği 116 manat müəyyən edilib. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələri bildirişi üzrə elektron informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən bu artımın təqribən 146 min nəfərə şamil olunacağı, nəticədə artımın şamil olunduğu şəxslərin illik gəlirlərinin 40,3 mln. manata qədər artacağı gözlənilir. Minimum aylıq əmək haqqının təqribən 10,47% artımı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortası üzrə daxilolmaların 2017-ci ildə 12,4 mln. manat artacağını proqnozlaşdırmağa əsas verir”.

Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Loading Bars
Xəbər lenti
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.09.2020 tarixli bölüm
Neftçilər prospektində baş verən qəza tıxaca səbəb olub
Gürcüstan deputatı: Dünya bazarında Azərbaycanın qazının və neftinin çəkisi heç də az deyil
Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib
Deputat: Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir
Almaniyalı virusoloq koronavirusla bağlı iddialarına cavab verib
Ermənistan yeni müharibəyə hazırlaşır - Bunun nəticəsi nə olacaq? - Rəylər
İbrahim Əhmədov: "Əsrin Müqaviləsi"nin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)
Vüqar Rəhimzadə: Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
Elman Nəsirov: Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 3 min nəfəri keçib
Pərvin Kərimzadə: Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr
Bakcell neftçiləri təbrik etdi
Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı (FOTO)
Tural Gəncəliyev: Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir
Ermənistanda 277 yeni yoluxma qeydə alınıb
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edilib
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Azərbaycan neftinin qiymətləri dəyişib
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Çay haqqında bilmədiklərimiz
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
ABŞ-da etiraz aksiyasında atışma - Ölənlər var
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi
Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 %-ə çatdırılıb (FOTO)
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)(ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər