...

Azərbaycanda "Alfa Romeo" və "Abarth" avtomobillərinin satışı başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2017 12:22 (UTC +04:00)
Bakıda “Avtolux Azerbaijan” şirkətinin yeni avtosalonunun açılış mərasimi keçirilib
Azərbaycanda "Alfa Romeo" və "Abarth" avtomobillərinin satışı başlayıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda “Avtolux Azerbaijan” şirkətinin yeni avtosalonunun açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılışda incəsənət xadimləri, bir sıra ölkələrin səfirləri iştirak edib.

Mərasim zamanı "Alfa Romeo" və "Abarth" avtomobillərinin təqdimatı keçirilib. Yeni avtosalonda İtaliyanın "FCA Group" konserninin avtomobillərinin satışı və servis xidmətləri həyata keçiriləcək,

Bakıda açılmış yeni avtosalon dünyada ən böyük salondur və "FCA Group"un bütün tələblərinə cavab verir. "FCA Group"un bütün brendləri ilk dəfə bir salonda toplanıb. Mərasimin rəsmi hissəsindən sonra əyləncəli hissə keçirilib. Burada Turin şəhərinə iki nəfərlik səyahət və Yuventus-Milan matçına iki biletin təqdim olunduğu lotereya təşkil olunub.

Qeyd edək ki, “Avtolux Azerbaijan” 2012-ci ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti