Bakı. Azad Həsənli - Trend:
“Bashak Inam” sığorta şirkəti Azərbaycanın sığorta bazarını tərk edir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, bu barədə müvafiq müraciət Palataya daxil olub və qurum öz müsbət cavabını verib.