...

Yeni istismara verilmiş platformadan ilk quyu qazılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2017 16:03 (UTC +04:00)
“Neft Daşları”nda yeni istismara verilmiş platformadan ilk quyu qazılır
Yeni istismara verilmiş platformadan ilk quyu qazılır

Trend-i buradan izləyin

Bakı. Trend:

“Neft Daşları”nda yeni istismara verilmiş platformadan ilk quyu qazılır.

Trend SOCAR-a istinadən xəbər verir ki, “Neft Daşları” yatağında yeni istismara verilmiş 620A nömrəli stasionar dəniz özülündən ilk 2621 nömrəli quyuda qazma işlərinə başlanılıb.

“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1630 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti