...

"Bank Respublika" kartlar üzrə mübadilə komissiyalarını ləğv edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2017 17:55 (UTC +04:00)
Aprelin 19-dan etibarən "Bank Respublika"nın kartları vasitəsilə aparılan əməliyyatlarda daha öncə tədbiq edilən mübadilə komissiyaları ləğv edilir.
"Bank Respublika" kartlar üzrə mübadilə komissiyalarını ləğv edir

Bakı. Trend:

Aprelin 19-dan etibarən "Bank Respublika"nın kartları vasitəsilə aparılan əməliyyatlarda daha öncə tədbiq edilən mübadilə komissiyaları ləğv edilir.

Bankdan Trend-ə verilən məlumata görə, bundan əlavə, bank kartları üzrə mübadilə əməliyyatları artıq bankın təyin etdiyi xüsusi məzənnəyə uyğun olaraq aparılacaq.

Xüsusi məzənnələrin üstünlüyü ondan ibarətdir ki, nağd şəkildə aparılan əməliyyatlar zamanı tətbiq edilən məzənnələrdən daha sərfəli olacaq və bu əməliyyatlar zamanı heç bir əlavə komissiyaların ödənilməsinə ehtiyac qalmır.

Kart məzənnələri hər gün saat 14:00 təyin oluncaq və növbəti iş günü saat 14:00-dək güvvədə qalacaq. Müştərilərin rahatlığı üçün bu məzənəllər bankın rəsmi veb-səhifəsində mütəmadi olaraq yenilənəcək. Əməliyyat məbləği isə kart hesabından silindiyi tarixdə bankın qüvvədə olan daxili məzənnəsi ilə hesabdan silinəcək.

ABŞ dolları ilə olan kartlarla xaricdə aparılan əməliyyatların mübadiləsi yalnız ödəniş sistemlərinin məzənnəsi ilə aparılır. Xaricdə digər valyutalarda aparılan əməliyyatların mübadiləsi isə ödəniş sistemlərinin və bankın daxili məzənnələri ilə aparılır.

Azericard sisteminə daxil olan banklar arasında müştəriləri üçün bu yeniliyi ilk dəfə tədbiq edən "Bank Respublika" oldu.

"Bank Respublika" plastik kartları pulsuz təklif edir. Üstəlik, İnternet Şöbə və Mobil Şöbə xidmətləri hədiyyə verilir.

Kartları onlayn sifariş etmək üçün aşağıdaki linkə keçid edin: https://www.bankrespublika.az/content/az/99

Məqalədə:
Xəbər lenti

Xəbər lenti