Bakı. Azad Həsənli – Trend:
İyunun 10-dan 23-ə qədər Qazaxıstan ərazisinə tədarük edilən məhsulların fitosanitar yoxlanması zamanı ölkə qanunvericiliyinin və bitkilərin karantini sahəsində Avrasiya İqtisadi İttifaqının göstəricilərinin pozulması ilə əlaqədar 8 fakt aşkar edilib.
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə daxil olan məlumata görə, bu qnunpozuntuları arasında Azərbaycandan ümumi çəkisi 81,5 ton olan kartofda qızılı kartof nematodunun aşkar edilməsi faktı da yer alıb. Həmin məhsul təhlillərdən sonra ixracatçı ölkəyə, yəni Azərbaycana qaytarılıb.
Məlumatda qeyd edilir ki, aşkar edilmiş digər qanunpozuntuları ilə əlaqədar da istifadəyə yararsız məhsullar ixracatçı ölkələrə - Rusiya, Çin, Qırğızıstan və Özbəkistana geri qaytarılıb.