...

"Azsığorta" şirkəti iri həcmli sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2017 10:19 (UTC +04:00)
"Azsığorta" şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
"Azsığorta" şirkəti iri həcmli sığorta ödənişi edib

Bakı. Trend:

"Azsığorta" şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Siyəzən rayonu, Zarağan kəndi ərazisində yerləşən yaşayış evlərinin birinə torpaq sürüşməsi nəticəsində ziyan dəyib. "Azsığorta" əmlaka dəymiş ziyanı qarşılayaraq 10 min manat dəyərində sığorta ödənişi edib.

Xatırladaq ki, bu ilin fevral, aprel və may aylarında da "Azsığorta" şirkəti iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900 və 234 856 manat sığorta ödənişi edib.

Qeyd edək ki, "Azsığort"a ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti