Bakı. Trend:
"Unibank" rəhbərliyində yeni təyinatlar olub.
Trend bankın saytına istinadən xəbər verir ki, İqor Okayev və Taleh Tahirli idarə heyətinin tərkibinə daxil olublar.
İ.Okayev korporativ bank xidmətləri, T.Tahirli isə pərakəndə bank xidmətləri üzrə sədr müavinləri təyin ediliblər.
Bundan əvvəl T.Tahirli "Unibank"ın pərakəndə xidmətlər üzrə direktoru olub. İ.Okayev isə VTB-də sədr müavini vəzifəsində çalışıb.