...

Naxçıvan-Bakı qatarının hərəkət müddəti açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2017 11:38 (UTC +04:00)
Naxçıvan-Bakı marşrutu ilə qatarların hərəkət müddəti 30-32 saat təşkil edəcək.
Naxçıvan-Bakı qatarının hərəkət müddəti açıqlanıb

Bakı. Maksim Tsurkov - Trend:

Naxçıvan-Bakı marşrutu ilə qatarların hərəkət müddəti 30-32 saat təşkil edəcək.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” QSC üzrə şöbəsinin sədri Xeyrulla Hümbətov deyib.

O həmçinin xatırladıb ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyət göstərir:

“Astara (İran) – Rəşt dəmir yolunun tikintisi başa çatdıqdan sonra Naxçıvan-Bakı marşrutu üzrə qatar işə salınacaq. Bu, sərnişinlərin daha sürətlə daşınmasını, eləcə də 30-32 saat ərzində Muxtar Respublikadan travertin, mərmər, gips, “Badamlı” və “Sirab” mineral sularını, müxtəli kənd təsərrüfatı məhsullarını, o cümlədən meyvə və tərəvəzi paytaxta çatdırmağa imkan verəcək”.

Onun sözlərinə görə, son 2 il ərzində ölkədə 380 kilometrdən çox dəmir yol əsaslı təmir edilib: “Dəmir yolu infrastrukturunun yenilənməsi gələcəkdə sərnişin qatarlarının sürətini 100 kilometr/saata, yük qatarlarının orta sürətini 60 kimlometr/saata çatdırmağa imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti