"Azexport"a 7 ayda 53 ölkədən 264 milyon dollar ixrac sifarişi daxil olub

"Azexport"a 7 ayda 53 ölkədən 264 milyon dollar ixrac sifarişi daxil olub

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust ayı üçün sayı təqdim olunub.

Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olub. İxrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Bu ilin 7 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

7 aylıq məlumatlarının təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 milyon ABŞ dolları), ikinci yeri qızıl (60,7 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 milyon ABŞ dolları) tutur.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8.3 dəfə, elektrik enerjisi 3.2 dəfə, çay 60 faiz, meyvə-tərəvəz 42 faiz, kimya sənayesi məhsulları 30 faiz, alüminium və ondan hazırlanan məmulatlar 29 faiz, spirtli və spirtsiz içkilər 26 faiz, plastmassa və onlardan hazırlanan məmulatlar 12 faiz artıb.

2017-ci ilin iyul ayına gəldikdə isə qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 459 subyekt tərəfindən 117 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. “Azexport.az” portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə “İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin 7 ayı ərzində Azexport. az portalına dünyanın 53 ölkəsindən 264.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına iyul ayında daxil olan ixrac sifarişlərinin dəyəri iyun ayı ilə müqayisədə 15 % çox olub. Belə ki, Azexport. az portalına 2017-ci ilin yanvar ayında 48, fevral ayında 6.5, mart ayında 27, aprel ayında 29.9, may ayında 19, iyun ayında 62.3 və iyul ayında 71.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (19%) ilə yanaşı Ukraynanın (7.8%), Türkiyənin (7.4%), ABŞ-ın (4.8%) və Səudiyyə Ərəbistanının (4.8%) adı var.

2017-ci ilin iyul ayında Azexport.az portalına ilk dəfə Qətər, Tanzaniya və Ekvador kimi ölkələrdən sifarişlər daxil olub. İyul ayında daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qida sənayesi məhsulları başda olmaqla qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, kosmetik vasitə, tütün, göbələk, uşaq iç geyimi, konservləşdirilmiş inək əti, quru süd, mebel, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, ipək xalça, mahlıc, pambıq linti, alma, kərə yağı, avtomobil diaqnostika qurğusu, mühərrik yağı və s. tələbat böyükdür.

Bu məhsullar içərisində mahlıca, pambıq lintinə, almaya, fındıq ləpəsinə, toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir milyon ABŞ dollarından çox olub.

Həmçinin “İxrac İcmalı”nın bu sayında pambıqçılığın inkişafı qeyri-neft sektoru üzrə ixracın artmasına töhfəsi, Azexport.az portalı vasitəsi ilə Azərbaycan mallarının Amazon.com portalında yerləşdirilməsi, Gömrük Bəyannamələrinin Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulması, Eskrou xidmətindən istifadə imkanları, pambıq və tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan şirkətlər barədə məlumatların Azexport.az portalında yerləşdirilməsi barədə də ətraflı məlumatlar əksini tapıb.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/avqust/ExportReview_2017-5.pdf

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Loading Bars
Xəbər lenti
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bakıda qar yağacaq, yollar buz bağlayacaq
“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan nefti ucuzlaşır
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Rusiyada koronavirusdan ölənlərin sayı 65 mini keçib
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Azad olunan ərazilərdə tütünçülüyün inkişafı müzakirə edilib (FOTO)
Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir - Deputat
Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb (FOTO/VİDEO)
Polis Yardımlıda əməliyyat keçirdi, keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı
Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb
Məktəblərlə bağlı gələn həftə qərar veriləcək
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB
Kəlbəcər rayonunun Hacıkənd kəndi (FOTO/VİDEO)
Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Bəzi ölkələrdən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb
Əsas məqsəd azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir – Şahmar Mövsümov
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
Birinci bu şəxslər peyvənd olunacaq - CƏDVƏL
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq - Şahmar Mövsümov
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi (ƏLAVƏ OLUNUB)
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu (VİDEO)
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
Bu tarixdən kafe və restoranlar işləyə biləcək - Operativ Qərargah
Bu sahələrin fəaliyyəti bərpa olunur
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
"Twitter"in işində qüsurlar yaranıb
TAP-ın buraxılış gücü artırıla bilərmi?
260 qaziyə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib (FOTO)
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Bütün xəbərlər