...

TSP sədri: Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2017 12:04 (UTC +04:00)
Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Belarusun Ticarət-Sənaye Palatası əməkdaşlıq haqqında memorandum imzalayıb.
TSP sədri: Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Belarusun Ticarət-Sənaye Palatası (TSP) əməkdaşlıq haqqında memorandum imzalayıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi Azərbaycan-Belarus biznes forumu çərçivəsində baş tutub.

Memorandumu Konfederasiyanın rəhbəri Məmməd Musayev və Palatanın sədri Vladimir Ulaxoviç imzalayıb.

M.Musayev çıxışı zamanı qeyd edib ki, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi son illərdə artaraq 100 milyon dollara çatıb.

Öz növbəsində V.Ulaxoviç vurğulayıb ki, son 10 ildə Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb: “Belarusda Azərbaycan kapitalı ilə 58 şirkət fəaliyyət göstərir, eyni zamanda, Azərbaycanda 70 Belarus şirkəti işləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti