Bakı. Maksim Tsurkov - Trend:
Qazaxıstan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev brifinq zamanı deyib.
Onun sözlərinə görə, ikinci qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək.
Səfir həmçinin xatırladıb ki, bir neçə gün əvvəl Qazaxıstandan Türkiyənin Mersin şəhərinə BTQ vasitəsilə taxıl aparan birinci yük qatarı yola salınmışdı.