...

Mərkəzi Bank maliyyə savadlılığı üzrə növbəti maarifləndirmə tədbiri keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2017 15:32 (UTC +04:00)
trateji hədəfinin icrası çərçivəsində ilin əvvəlindən bəri 70-dən çox tədbir həyata keçirilib.
Mərkəzi Bank maliyyə savadlılığı üzrə növbəti maarifləndirmə tədbiri keçirib

Bakı. Trend:

Mərkəzi Bank “Maliyyə Xidmətlərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrası çərçivəsində ilin əvvəlindən bəri 70-dən çox tədbir həyata keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, budəfəki tədbir cari ilin oktyabr ayında “31 Oktyabr – Beynəlxalq Əmanət Günü”nə təsadüf etmişdir. Bu münasibətlə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Unveristetinin (ADAU) müəllim-tələbə heyəti üçün maliyyə savadlılığı mövzusunda seminar təşkil edilib. Seminar həm maarfiləndirmə, həm də təbliğat-təşviqat xarakteri daşıyıb.

Seminar zamanı tələbələrə istehlakçı davranışları, ailə büdcəsinin planlaşdırılması, sığorta və vergi sistemi, yığım, əmanətlərin sığortalanması mexanizmi, nağdsız ödənişlər, pul nişanlarının mühafizə elementləri və əskinasların üzərindəki milli rəmzlərin tanıdılmasına dair təqdimatlar keçirilib. Tədbirdə ADAU-nin 100-dən çox tələbə və müəllim heyəti iştirak edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu üzrə ətraflı müzakirələr aparılıb. Əldə edilən biliklər tələbələrin maliyyə savadlılığının müxtəlif elementləri haqqında məlumatlılığının artırılmasına xidmət edəcək.

Seminara Mərkəzi Bankın aidiyyəti sturuktur bölmələrinin mütəxəssisləri ilə yanaşı maliyyə savadlılığı tədbirlərinin həyata keçirilməsində tərəfdaş olan Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun ölkə üzrə nümayəndəliyi və “Atəşgah sığorta” ASC-nin əməkdaşları da cəlb edilib.

Qeyd edək ki, AMB cari ilin növbəti aylarında da tərəfdaş qurumlarla birgə əhalinin, o cümlədən ali məktəb tələbələrinin maliyyə savadlılığının artırılması istiqamətində belə tədbirləri davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti