...

Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2017 16:45 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin 16, 20, 21 və 22 noyabr tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək.
Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçiriləcək

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası 16, 20, 21 və 22 noyabr tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək.

Palatadan Trend-ə verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada ümumilikdə 63 nəfərin iştirakı planlaşdırılır.

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti