...

Bakının bu ərazilərində su olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2017 09:58 (UTC +04:00)
Bu gün paytaxtın bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.
Bakının bu ərazilərində su olmayacaq

Bakı. Trend:

Bu gün paytaxtın bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar noyabrın 15-də gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti