...

Deputat: Peşə məktəbləri ilə əməkdaşlıq edən işəgötürənlərə vergi güzəştləri tətbiq edilməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2017 15:50 (UTC +04:00)
Peşə təhsil sahəsi üzrə əməkdaşlıq edən işəgötürənləri bu sahə üzrə fəaliyyətə həvəsləndirmək üçün onlara hər hansı vergi güzəştləri tətbiq edilməlidir.
Deputat: Peşə məktəbləri ilə əməkdaşlıq edən işəgötürənlərə vergi güzəştləri tətbiq edilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Peşə təhsil sahəsi üzrə əməkdaşlıq edən işəgötürənləri bu sahə üzrə fəaliyyətə həvəsləndirmək üçün onlara hər hansı vergi güzəştləri tətbiq edilməlidir.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, özəl sektor bu sahənin ən fəal iştirakçısına çevrilməlidir: “Bunun üçün kifayət qədər resurslarımız var”.

B.Əliyev qeyd edib ki, peşə təhsilinin inkişafı üçün dövlət dəstəyi göstəririlir. Lakin bu dəstəyin daha da artırılması üçün aparılan işlər sürətləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti