• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

Dünya Bankı Qafqaz Tranzit Dəhlizinin potensialını gücləndirmək məqsədilə ilkin hesabatları təqdim edir

15 Noyabr 2017 16:39 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Dünya Bankı bu gün Qafqaz Tranzit Dəhlizi (QTD) ilə yükdaşımalar üçün tranzit və dəhliz potensialının gücləndirilməsi üzrə tədqiqatın ilkin nəticələrini Azərbaycanda əsas tərəfdaşlarına təqdim edib.

Bankdan Trend-ə verilən məlumata görə, Dünya Bankı-Çin birgə qrant fondu vasitəsilə maliyyələşdirilən bu texniki yardım Qafqaz Tranzit Dəhlizi boyunca maneələrin müəyyən olunması, dəhlizin nəticələrinin monitorinqi metodu əsasında nəticələrin qiymətləndirilməsi, habelə dəhlizin rəqabət qabiliyyətinin və logistikasının yaxşılaşdırılması məqsədilə tədbirlərin tövsiyə olunmasında Azərbaycan və Gürcüstanın hökumətlərinə yardım edir.

QTD Azərbaycan və Gürcüstanı Avropa, Çin, Qazaxıstan və regiondakı digər tərəfdaşlarla əlaqələndirir. Çin ixracının 16 faizinin Qərbi Avropaya yönəldiyini nəzərə alsaq, sözügedən dəhliz Çin və Qərbi Avropanı əlaqələndirmək üçün ciddi vasitəyə çevrilmək potensialına malikdir. O, eyni zamanda, Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsünün vacib komponenti olar bilər. Hazırda bu malların daşınması üçün digər marşrutlara üstünlük verən yük daşıyıcıları, Qafqaz Tranzit Dəhlizi xərclər baxımından səmərəli və yüksək keyfiyyətli nəqliyyat, eləcə də loqistika xidmətləri təklif edəcəyi təqdirdə, məhz QTD-yə üstünlük verəcəklər. Fiziki infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələrin yekunlaşmaqda olduğu nəzərə alınarsa, hər iki hökumət hazırda diqqətini qeyri-fiziki maneələrin azaldılmasına yönəldir.

Dünya Bankının Azərbaycanda nümayəndəsi Navid Naqvi deyib ki, bu texniki yardım Qafqaz Tranzit Dəhlizinin 21-ci əsrin İpək Yoluna çevrilməsi üçün həyata keçirilməsi tələb olunan addımları müəyyən etməyə kömək edir: "Bu tədqiqat bu mühüm nəqliyyat dəhlzinin səmərəlilik və rəqabətə davamlılığını daha da yaxşılaşdırmaq məqsədilə diqqət tələb edən sahələri sistemli şəkildə aşkar edəcək”.

Ölkələr QTD-nin nəticələrinin təkmilləşdirilməsi məqsədilə müxtəlif, o cümlədən sərhəd keçidinin idarə edilməsi, Xəzər dənizində bərə əməliyyatları və bərələrin konteyner potensialı, habelə Batumi və Poti limanlarının səmərəliliyi, Bakı Limanı və dəmir yolu arasında mübadilə, hər iki ölkədə logistika və təchizat zəncirinin idarə edilməsi, tam inkişaf etməmiş yük maşınları ilə daşıma sektoru kimi məsələlərlə məşğul olmalıdır. Özəl logitsika şirkətləri üçün platformanın yaradılması dəhlizin göstəricilərinin təkmilləşdirilməsinə yardım edəcək və dəhliz boyunca müxtəlif logistika və nəqliyyat növlərinin inteqrasiyası üzrə strategiya bütün istifadəçilər üçün xidmətləri əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

2018-ci ilin dekabr ayında tamamlanacağı gözlənilən analitik fəaliyyət QTD-nin həcm və tələbatının hərtərəfli təhlilinin aparılması, QTD-nin nəticələrinin digər dəhlizlərlə qarşılaşdırılması, dəhlizin səmərəliliyinin artırılması məqsədilə siyasət tədbirləri və investisiyalar da daxil olmaqla strategiya və fəaliyyət planının hazırlanması və ölkələr arasında bilik mübadiləsinin təşkil olunması məqsədilə hökumətlər, özəl sektor və digər maraqlı tərəflərlə əlaqədə işləyəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Dünya Bankı
Azernews Newspaper
Digər xəbərlər
Nazir müavini: Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında daha 9 pillə irəliləyib (FOTO)
İqtisadiyyat 16 Mart 12:14
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankinın missiyası ilə görüş olub (FOTO)
İqtisadiyyat 12 Mart 13:33
IFC Azərbaycanda investisiya islahatlarının dəstəklənməsində məqsədlərini açıqlayıb (ÖZƏL)
Biznes və iqtisadiyyat xəbərləri 3 Mart 12:06
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edə bilər - HANSI?
Siyasət 21 Fevral 17:12
Dünya Bankının Azərbaycanın vergi islahatları prosesinə dəstəyi ilə bağlı məsələlər müzakirə edilib (FOTO)
İqtisadiyyat 20 Fevral 18:01
ƏƏSMN ilə Dünya Bankı arasında gələcək əməkdaşlıq müzakirə olunub (FOTO)
İqtisadiyyat 7 Fevral 14:30
Azərbaycan Dünya Bankının institusional təcrübəsindən faydalanacaq
Biznes və iqtisadiyyat xəbərləri 6 Fevral 18:00
Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür
İqtisadiyyat 13 Yanvar 09:09
Dünya Bankından PROQNOZ: Azərbaycan iqtisadiyyatı artacaq
Biznes və iqtisadiyyat xəbərləri 10 Yanvar 10:50
Dünya Bankından Azərbaycanda özəl sektorun inkişafı üçün təklif (ÖZƏL)
İqtisadiyyat 2 Yanvar 08:46
Vitse-prezident: Dünya Bankı Azərbaycanda iqtisadi inkişafa dəstək üçün yeni layihələr axtarır (ÖZƏL)
Biznes və iqtisadiyyat xəbərləri 19 Dekabr 2017 11:09
Prezident İlham Əliyev: Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır, götürdüyü öhdəlikləri daim yerinə yetirir (FOTO) (YENİLƏNİB)
Siyasət 18 Dekabr 2017 12:09
Bakıya mötəbər qonaq gəlir
Biznes və iqtisadiyyat xəbərləri 15 Dekabr 2017 15:18
Dünya Bankı: Azərbaycan “Doing Business” hesabatında ikinci yeri tutub
Biznes və iqtisadiyyat xəbərləri 1 Noyabr 2017 18:34
Pensiyaların orta aylıq məbləği 5,2 faiz artıb
Cəmiyyət 26 Oktyabr 2017 11:01
Nazir: Orta aylıq əmək haqqı 7,4 faiz artıb
İqtisadiyyat 25 Oktyabr 2017 12:48
DB-dən proqnoz: Yaxın 2 ildə Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq
İqtisadiyyat 21 Oktyabr 2017 17:16
Azərbaycan BVF və DB Qrupunun İllik Toplantısında iştirak edəcək
İqtisadiyyat 11 Oktyabr 2017 09:25
Ən çox oxunanlar
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL) (FOTO)
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter