...

“SOCAR Polymer” məhsullarının ilk potensial alıcıları ilə danışıqlar aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2018 12:12 (UTC +04:00)
Azərbaycanın İqtisadiyyat Nazirliyi “SOCAR Polymer” zavodunun məhsullarının potensial alıcıları ilə danışıqlar aparır
“SOCAR Polymer” məhsullarının ilk potensial alıcıları ilə danışıqlar aparılır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın İqtisadiyyat Nazirliyi "SOCAR Polymer" zavodunun məhsullarının potensial alıcıları ilə danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sənayedə Yerli xammalın istifadəsi ilə idxalı əvəz edən istehsalın genişləndirilməsinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda 15 şirkətlə danışıqlar davam edir: "Gələcəkdə bu rəqəmin artacağı gözlənilir. Artıq indi 50 ton polietilenə tələbat var".

Qeyd edək ki, "SOCAR Polymer" layihəsinin dəyəri 750 milyon dollar təşkil edir. Layihə Sumqayıt kimya-sənaye parkında reallaşdırılır.

Xəbər lenti

Xəbər lenti