...

"Şimal-Cənub" dəhlizinin reallaşdırılması bütün iştirakçı ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2018 20:38 (UTC +04:00)
"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması bütün iştirakçı ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcək
"Şimal-Cənub" dəhlizinin reallaşdırılması bütün iştirakçı ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcək

Bakı. İlkin Şəfiyev - Trend:

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması bütün iştirakçı ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcək.

Bunu Trend-ə ekspert-iqtisadçı, iqtisadiyyat elmləri doktoru Elşad Məmmədov deyib.

E.Məmmədov qeyd edib ki, bu layihə nəinki iştirakçı ölkələrin infrastrukturlarının inkişafına təkan verəcək, eləcə də həmin dövlətlərin iqtisadiyyatına multiplikativ təsir göstərəcək:

“Dünya iqtisadiyyatının mərkəzi tədricən Çin və Hindistan kimi ölkələrin yerləşdiyi Asiya regionuna keçir. Bu baxımdan Asiya ilə Avropanı birləşdirən nəqliyyat layihələrinə qoyulan investisiyalar çox perspektivlidir, çünki daşımaların həcmi ildən-ilə artır”.

E.Məmmədov onu da əlavə edib ki, Azərbaycan “Şimal-Cənub” layihəsinin əsas investorudur:

“Əlbəttə ki, layihənin dayanıqlı üstünlüklərini formalaşdırmaq üçün investisiya qoymaq lazımdır. Bu təsadüfi deyil, çünki İran və Rusiya regionun iri iqtisadi iştirakçılarıdır və Azərbaycan bu ölkələrlə iş zamanı təşəbbüs göstərməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti