...

Ayda 1850 manat ödəməklə 3 ilə “Renessans Palace” premium mənzil almaq olar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2018 17:24 (UTC +04:00)
Bakının Yasamal rayonunda yerləşən premium kateqoriyalı yaşayış kompleksi “Renessans Palace”da endirimli bahar kampaniyası keçirilir.
Ayda 1850 manat ödəməklə 3 ilə “Renessans Palace” premium mənzil almaq olar

Bakı. Trend:

Bakının Yasamal rayonunda yerləşən premium kateqoriyalı yaşayış kompleksi “Renessans Palace”da endirimli bahar kampaniyası keçirilir.

Trend-in məlumatına görə, “AS Qrup İnvestment” şirkətlər qrupunun inşa etdiyi binada ayda 1850 manat ödəməklə mənzilə sahib olmaq olar.

Kampaniya şərtlərinə əsasən ilkin ödəniş 25% təşkil edir. “Renessans Palace”da mənzil almaq istəyən şəxs növbəti 3 ilin 35 ayında evin dəyərinin 50%-ini hissə-hissə keçirir və 36-cı ayda geridə qalan 25% hissəni ödəyir.

“AS Qrup İnvestment”dən bildirilir ki, aksiya bir neçə ay davam edəcək. Qeyd olunan güzəştlərdən faydalanaraq premium mənzil sahibi olmaq istəyənlər fürsətdən vaxtında faydalanmalıdırlar.

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı lift quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.45 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti