...

Azərbaycan, Rusiya, İran və Hindistan Şimal-Cənub nəqliyyat dəhlizinin sınağına başlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2018 20:50 (UTC +04:00)
Azərbaycan, Rusiya, İran və Hindistan aprelin 29-u idman avtoyürüşü çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin sınaqdan keçirilməsinə başlayıblar
Azərbaycan, Rusiya, İran və Hindistan Şimal-Cənub nəqliyyat dəhlizinin sınağına başlayıblar

Bakı. Trend:

Azərbaycan, Rusiya, İran və Hindistan aprelin 29-da idman avtoyürüşü çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin sınaqdan keçirilməsinə başlayıblar.

Trend-in məlumatına görə, İranın Yol və Şəhər Quruculuğu Naziriliyi bildirir ki, tədbir Hindistanın Yük Ekspeditorları Federasiyası və "Kalinga Motor" idman klubu tərəfindən birgə təşkil olunub. Yürüşün təşkilində İranın Xarici İşlər və Yol Təsərrüfatı nazirlikləri, Avtomobil və Motosiklet Federasiyası və Gömrük İdarəsi iştirak ediblər.

30 günlük ralli Şiraz, İsfahan, Tehran, Qəzvin, Rəşt, İran ərazisindəki Astara limanı, Moskva, Sankt-Peterburq marşrutu ilə davam edəcək və eyni marşrut ilə geri Çabahara qayıdacaq. Yürüşə 20 yük maşını, ümumilikdə 39 iştirakçı qatılıb. Rusiya, İran və Azərbaycandan hərəsindən bir yük maşını və Hindistandan 17 yük avtomobili iştirak edir.

Bununla da söhbət faktiki olaraq Şimal-Cənub nəqliyyat dəhlizinin ilk irimiqyaslı qət olunmasından gedir. Bu isə nəqliyyat dəhlizinin genişmiqyaslı real istismarı deməkdir.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməyə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə yönəlib. Birinci mərhələdə dəhliz vasitəsilə ildə 5 milyon, daha sonra isə 10 milyon tondan çox yük daşınması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti