...

Türkmənbaşı limanı dənizə çıxışı olmayan region ölkələrinə yeni imkanlar açır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2018 12:58 (UTC +04:00)
Türkmənbaşı limanı dənizə çıxışı olmayan region ölkələrinə yeni imkanlar açır.
Türkmənbaşı limanı dənizə çıxışı olmayan region ölkələrinə yeni imkanlar açır (FOTO)

Aşqabad. Vüqar İmanov - Trend:

Türkmənistan regionun dənizə çıxışı olmayan ölkələri ilə əməkdaşlığın bütün aspektləri və Türkmənbaşı limanının istifadəsi üzrə əyani danışıqlara hazırdır.

Trend-in Aşqabada ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Avazada keçirilən "Böyük İpək Yolu - yeni inkişaf istiqamətləri" adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Türkmənbaşı şəhərinin beynəlxalq dəniz limanının tikintisi Türkmənistanın dəniz donanmasının inkişafının mühüm komponentlərindən birinə çevrilib.

Qeyd edək ki, 152 hektar sahəyə malik yeni limana bərə, sərnişin və yük terminalları daxildir.

Eyni vaxtda 17 gəmiyə xidmət göstərə bilən yanalma körpüsünün uzunluğu 1800 metrdir.

Yeni limanın ümumi buraxılış gücü 17 milyon ton yükdür (neft məhsulları istisna).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti