...

Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2018 15:50 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 20 faiz artıb.
Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 20 faiz artıb

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Bu ilin aprelində Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 846,5 milyon dollar (18,3 faiz) artaraq 5465,8 milyon dollara çatıb.

Bu barədə Trend Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Bir ay ərzində bankın valyuta ehtiyatları 42,2 milyon dollar azalıb.

Ötən il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 1,36 milyard dollaradək və ya 34,2 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti