Bakı. Trend:
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti cüzi olaraq bahalaşıb.
Trend-in məlumatına görə, bitkoin 8 min dollar ətrafında alınıb satılır.
Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,61% ucuzlaşaraq 8 375 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də artım qeydə alınıb. Belə ki, "Ethereum" 3,34% və ya 711,47 dollaradək, "Ripple" 3,05% (0,705 dollara qədər), "Bitcoin Cash" isə 4,29% (1313,39 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 380,74 milyard dollar təşkil edir və bunun 37 faizi bitkoinin payına düşür.