...

Bitkoinin qiyməti düşməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2018 00:05 (UTC +04:00)
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 7 600 dollaradək ucuzlaşıb
Bitkoinin qiyməti düşməkdə davam edir

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 7 600 dollaradək ucuzlaşıb.

Trend-in məlumatına görə, mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 3,39% ucuzlaşaraq 7 675 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 6,38% və ya 598,9 dollaradək, "Ripple" 3,22% (0,617 dollara qədər), "Bitcoin Cash" isə 6,4% (1 026 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 337,02 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti