...

Nazir: Sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2019 08:36 (UTC +04:00)
Azərbaycanda hal-hazırda sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır.
Nazir: Sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanda hal-hazırda sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır.

Trend-in məlumatına görə, bunu mətbuat konfransı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, sosial müavinətlərin çox olduğundan onların unifikasiyasına ehtiyac yaranıb: "Hal-hazırda təxminən 80 sosial müavinət növü var və bu kifayət qədər böyük göstəricidir. Bununla, onlardan bəzilərinin verilmə müddətləri artıq bitib, buna görə də, bu məsələdə kompleks və savadlı yanaşma lazımdır, nəzərə alaraq ki, vətəndaşların müəyyən kateqoriyası bu prosesdən kənarda qalıb".

Nazir bu məsələdə konseptual yanaşmanın vacibliyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda 500 min vətəndaş sosial yardım alır: "Hazırda biz beynəlxalq ekspertlər, Asiya İnkişaf Bankı və Dünya Bankının nümayəndələri ilə çox fəal iş aparırıq, və prinsipial əhəmiyyət daşıyan bütün məsələlərə aydınlıq gələndən sonra yekun sənədin qəbulunu planlaşdırırıq".

S.Babayev həmçinin qeyd edib ki, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi sosial yardımların dövlət başçısının fərmanı çərçivəsində sosial müavinətlərin məbləğinin artırılması mexanizmi üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti