...

Azərbaycanın daha bir ticarət evi Çində açılacaq (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2019 11:57 (UTC +04:00)
Azərbaycanın daha bir ticarət evi bu ilin sonuna kimi Çinin Sian şəhərində açılacaq
Azərbaycanın daha bir ticarət evi Çində açılacaq (YENİLƏNİB)

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanın daha bir ticarət evi bu ilin sonuna kimi Çinin Sian şəhərində açılacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Çindən gələn dəmiryol konteynerlərinin qarşılanması mərasimində deyib.

Nazir bildirib ki, Siandan Bakıya gəlmiş bu qatar sayca 3-cüdür, bundan əvvəl iki sınaq qatarı yola düşmüşdü.

O əlavə edib ki, Çinlə Azərbaycan arasında münasibətlər təkcə nəqliyyat və logistika sahəsində deyil, müxtəlif istiqamətlərdə inkişaf edir:

“Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ötən il Çinin bu regionda ticarət dövriyyəsinin 43 faizi Azərbaycanın payına düşüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti