...

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2019 09:35 (UTC +04:00)
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb.

Trend-in məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min deyib.

Onun sözlərinə görə, iqtisadiyyat və ticarət sahələrində Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 500 milyon yuan (70 milyon dollardan çox) dəyərində qarşılıqsız kömək edib:

“Bu il avqustun sonuna olan vəziyyətə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1,543 milyard dollara çatıb və ötən ilin eyni dövrü ilə müqayisədə 104,64 faiz artıb. Bu, rekord göstəricidir”.

Səfir bildirib ki, Çin bu ilin iyununadək Azərbaycana 800 milyon dollardan çox investisiya yerləşdirib. Bu vəsait neft və təbii qaz hasilatı sahəsinə yönəlib.

Səfir onu da əlavə edib ki, gələn ay Azərbaycan tərəfi Şanxayda keçiriləcək 2-ci “China International Import Expo” beynəlxalq sərgisinə 100 nəfərdən çox nümayəndə heyəti göndərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti