...

Elxan Mikayılov: Qida Təhlükəsizliyi Agentliyi ixracatçılara təmənnasız dəstək göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2019 12:24 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixracatçılara təmənnasız dəstək göstərəcək
Elxan Mikayılov: Qida Təhlükəsizliyi Agentliyi ixracatçılara təmənnasız dəstək göstərəcək

Bakı. Nərgiz İsmayılova - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixracatçılara təmənnasız dəstək göstərəcək.

Trend-in məlumatına görə, bunu AQTA sədrinin müşaviri Elxan Mikayılov “ixracatçılara dəstək” layihəs çərçivəsində sahibkarlarla görüş zamanı deyib.

Onun sözlərinə görə, dəstək konsaltinq xidmətləri, eləcə də qrant və kreditlər vasitəsilə göstəriləcək:

“Biz xərclərin bir hissəsini müvafiq dövlət strukturlarının resurslarından istifadə etməklə ixrac tələblərinin icra olunmasına yönəldəcəyik”.

E.Mikayılov bildirib ki, növbəti mərhələ potensial alıcıların axtarışı olacaq:

“Bu istiqamətdə artıq danışıqlar aparılır və bu sahədə də agentlik tərəfindən zəruri dəstək göstəriləcək. Sahibkarların iştirakı ilə beynəlxalq sərgilərdə məhsulların təqdimatı keçiriləcək, eləcə də beynəlxalq standartlara sertifikatlar veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti