...

Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2020 19:41 (UTC +04:00)
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb

Bakı. Trend:

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalaraq 24,949 milyard dollar olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-sentyabr ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 25,8 faizə bərabər olub.

Oktyabr ayında Türkiyənin həmin ölkələrə ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 3,2 faiz artaraq 4,252 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin İƏT ölkələrindən idxalı 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 15,7 faiz artaraq 25,539 milyard dollar təşkil edib.

Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-oktyabr ayları üzrə ümumi idxalında İƏT ölkələrinin payı 14,5 faizə bərabər olub.

Oktyabr ayında Türkiyənin həmin ölkələrdən idxalı 2019-cu ilin oktyabrı ilə müqayisədə 17,4 faiz azalaraq 2,478 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti