Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü sayəsində erməni işğalından azad edilmiş ərazilərə gözlənilən Böyük qayıdış başlayır.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, İqtisadiyyat Nazirliyi və Qarabağ Dirçəliş Fondu Qarabağın yüksək rifah səviyyəsi olan regiona çevrilməsi üçün dəstək göstərəcək.
Xatırladaq ki, bir müddət əvvəl M.Cabbarov işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazır olduğunu bildirmişdi.