...

Azərbaycanın Qazaxıstandakı Ticarət evi Türkiyə müəssisələri ilə əməkdaşlıq qurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2021 11:15 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanın Qazaxıstandakı Ticarət evi Türkiyə müəssisələri ilə əməkdaşlıq qurur.

Trend-in məlumatına görə, bu barədə Ticarət evinin rəhbəri Rəhim Sultanovla Türkiyənin Aktau şəhərindəki baş konsulu Müzəffər Akyıldırımın görüşü zamanı müzakirə olunub.

Görüş zamanı Azərbaycan Ticarət evinin Aktau və Almatı şəhərlərində filiallarının açılması, Mangistau vilayətində fəaliyyət göstərən Türkiyə müəssəsiləri əməkdaşlıq planları müzakirə mövzusu olub.

Qeyd edək ki, Azərbaycanın Qazaxıstandakı Ticarət evi mayın 25-də açılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti