...

Mərkəzi Bank rəqəmsal manat konsepsiyası üzərində işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2022 16:04 (UTC +04:00)
Mərkəzi Bank rəqəmsal manat konsepsiyası üzərində işləyir

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı rəqəmsal manat konsepsiyası üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi Rəşad Qasımov Bakıda keçirilən maliyyə texnologiyaları sammitində deyib.

Onun sözlərinə görə, hazırda bu sahədə qabaqcıl dünya təcrübəsi öyrənilir.

"Rəqəmsal valyuta ödənişlərin nağdsız mühitə keçirilməsini sürətləndirə bilər", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti