...

VTB Azərbaycandakı mövcudluğunu saxlamaq niyyətindədir - Andrey Kostin

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2022 12:42 (UTC +04:00)
VTB Azərbaycandakı mövcudluğunu saxlamaq niyyətindədir - Andrey Kostin

Bakı. Trend:

Rusiyanın VTB bankı Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Çin və Hindistan bazarlarında mövcudluğunu saxlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu bankın rəhbəri Andrey Kostin deyib.

"Biz yalnız Gürcüstandan çıxırıq, orada vəziyyət bir qədər fərqlidir. Azərbaycanda, Belarusda, Qazaxıstanda, Ermənistanda, Çində və Hindistanda isə qalırıq və milli valyutalarda ikitərəfli ticarət hesablaşmalarında aparıcı bank olmaq üçün yerli banklarla əməkdaşlıq məsələlərini inkişaf etdiririk. Bu ölkələrdə biznesimiz üçün perspektivlər görürük", - deyə o bildirib.

(Tərcüməçi: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti