...

AYİB, Aİ və Türkiyə Azərbaycanın maliyyə təşkilatlarına dəstək göstərir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2022 17:47 (UTC +04:00)
AYİB, Aİ və Türkiyə Azərbaycanın maliyyə təşkilatlarına dəstək göstərir (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda maliyyə təşkilatlarının möhkəmləndirilməsi ilə bağlı reallaşdırılan? Avropa Yenindənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqı (Aİ) və Türkiyə tərəfindən maliyyələşdirilən proqram uğurla başa çatıb.

Trend-in məlumatına görə, yerli maliyyə sisteminin dayanıqlılığının artırılmasına və mikro, kiçik və orta müəssisələrin kreditləşməsinin stimullaşdırılmasına yönəlmiş proqramda "Bank Respublika", "Unibank", "TuranBank" və "MuganBank" iştirak edib.

Proqramın birinci istiqamət strategiyanın və biznes planlaşdırmanın möhkəmləndirilməsi, informasiya texnologiyaları, qanunun tələblərinə əməl olunması və problemli kreditlərin həlli məsələlərinə yönəlmişdi. İkinci istiqamət isə mikro, kiçik və orta müəssisələrin ayra-ayrı banklar üçün kredit əməliyyatlarının inkişafı, amrketinq strategiyaları, personalın təlimi və monitorinqlə bağlı bölbələrin yaradılması yolu ilə maliyyələşməyə çıxış imkanlarının artırılmasını nəzərdə tuturdu.

Layihənin bağlanmasına həsr olunan tədbirdə çıxışı zamanı AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova proqramın uğurla başa çatdığını vurğulayıb.

Öz növbəsində, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko qeyd edib ki, Aİ Şərq tərəfdaşlığının iqtisadi və investisiya planı kontekstində Azərbaycana investisiyaları dəstəkləyir.

"Bu il komissar Varheli Azərbaycan üçün 2 milyard avro məbləğində hədəf investisiya həcmi barədə elan etmişdi və biz bunu həyata keçirmək üçün Aİ üzv dövlətləri, eləcə də beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edirik. Birgə proqramın uğurla başa çatması bizim Azərbaycan hökuməti və ölkədəki bizneslə sıx tərəfdaşlığımızın təsdiqidir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti