...

AİB Azərbaycanda özəl sektora dəstəyi genişləndirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2023 07:55 (UTC +04:00)
AİB Azərbaycanda özəl sektora dəstəyi genişləndirməyi planlaşdırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda özəl sektora dəstəyi genişləndirməyi planlaşdırır.

Bu barədə Trend-ə AİB-dən məlumat verilib.

"AİB Azərbaycanda etibarlı və dayanıqlı investisiya layihələrinin maliyyələşdirilməsini təmin edir və bu sahədə təcrübəsini bölüşür. Bankın Avropa İttifaqından kənarda əməliyyatlara cavabdeh olan inkişaf qolu olan EIB Global birbaşa olaraq Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək verir. Gələcəkdə iş yerlərinin yaradılması, dayanıqlı mikro, kiçik və orta müəssisələrin inkişafı və onların məhsuldarlığının artırılması üçün özəl sektoru daha da dəstəkləməyi və maliyyə imkanlarını genişləndirməyi planlaşdırırıq”, - deyə Bankdan bildirilib.

Bank Azərbaycan hökumətinin nümayəndələri ilə də mütəmadi əlaqə saxlayır və qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən yaşıl iqtisadiyyat, rəqəmsallaşma və Aİ-nin Qlobal Gateway təşəbbüsündə qeyd olunan sektorlar üzrə əməkdaşlığı müzakirə edir.

"Bizim dəstəklədiyimiz layihələr Paris sazişinin məqsədlərinə uyğun olmalıdır. Bu, yüksək emissiya sektorlarında fəaliyyət göstərən böyük şirkətlərə və iri maliyyə institutlarına aiddir”, - deyə Bankdan bildirilib.

Qeyd edək ki, AİB Azərbaycanla 2014-cü ildən işləyir.

Əməkdaşlıq Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı və Aİ-nin digər ikitərəfli sazişləri çərçivəsində həyata keçirilir. AİB ölkəyə 96 milyon avrodan çox sərmayə qoyub. Yerli bankla əməkdaşlıq vasitəsilə AİB 120-dən çox müəssisəyə 25 milyon avro məbləğində maliyyə vəsaiti ayırmışdır.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti