...

Azərbaycanda identifikasiya fondu yaradılacaq - IRIA

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2024 14:34 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) 2024-cü il üzrə müəyyən etdiyi hədəflərdən biri identifkasiya fondunun yaradılmasıdır.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) İnnovativ Ekosistem şöbəsinin rəhbəri Yevgeniya Bikmurzina 2023-cü ilin yekunları və 2024-cü il üzrə hədəflərə həsr olunmuş mətbuat konfransında deyib.

"IRIA 2024-cü il üçün aşağıdakıları hədəfləyir: identifikasiya fondunun yaradılması, bundan başqa azərbaycanlı təsisçilər üçün 10 milyon ABŞ dolları dəyərində fondun yaradılması, biznes mələkləri və vençur fondları ilə 38 investisiya sazişinin imzalanması, daha bir biznes mələkləri klubunun açılması", - o deyib.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir. Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və texnoloji həllərin əldə edilməsində köməklik göstərilməsi, ölkədə İKT sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil olunması təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti