...

Mərkəzi Asiya və Azərbaycan logistika şirkətləri üçün ideal yerdir - Hakkı Özer

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2024 16:41 (UTC +04:00)
Mərkəzi Asiya və Azərbaycan logistika şirkətləri üçün ideal yerdir - Hakkı Özer
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya və Azərbaycan logistika şirkətləri üçün ideal yerdir.

Trend xəbər verir ki, bu barədə "Alport Baku"nun ticarət meneceri Hakkı Özer "Albayrak" holdinqin fəaliyyətinin təqdimatına həsr olunmuş tədbirdə deyib.

"Buraya gəlməyimizin üzərindən artıq il yarıma yaxın vaxt keçib. İlk bir neçə ay ərzində araşdırmalar apararaq, Mərkəzi Asiya regionu və Azərbaycanı təhlil edərək, belə bir nəticəyə gəldim ki, bura ekspeditor və logistika şirkətləri üçün ideal yerdir. Həqiqətən, region olduqca aktiv və sahənin inkişaf üçün perspektivli oldu", - o deyib.

Qeyd edək ki, 2022-ci ilin iyul ayında "Albayrak" müasir İpək Yolu və əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və Avrasiyanın mərkəzində ən böyük intermodal logistika qoşağı olan Bakı limanının inkişafı üzrə əməliyyat hüququ əldə edib. Sazişə əsasən, "Albayrak Group" Ro-Ro terminalları, konteyner və gübrə terminallarının idarə olunmasını öz üzərinə götürüb.

"Alport"un bütün dünyada logistika sahəsində zəngin təcrübəsi ilə yanaşı, Mərkəzi Asiyadan Avropa və Türkiyəyə daşınan yüklərin həcminin artırılması daşımaların həcminin artırılmasına imkan yaradacaq, müasir logistika həlləri isə operativ fəaliyyəti təmin edəcək və limana yük axınlarını artırmaq hesabın Azərbaycan iqtisadiyyatına dəyər qatacaq.

Xəbər lenti

Xəbər lenti