Bakı. Trend:
İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda deyib.
O qeyd edib ki, gələn il Azərbaycandan ticarət və ixrac missiyası İraqa səfər edəcək.
Qeyd edək ki, “Azərbaycan-İraq” Biznes Forumunda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.
Y.Abdullayev noyabrın 14-də İraq şirkətlərini Bakıda keçiriləcək COP29 çərçivəsində investorlar üçün nəzərdə tutulmuş tədbirlərdə iştirak etməyə dəvət edib.