Bakı. Trend:
Bakıdakı Azərbaycan-İraq Biznes Forumu çərçivəsində Azərbaycan-İraq Biznes Şurası yaradılıb.
Trend xəbər verir ki, bununla bağlı iki ölkə arasında müvafiq razılaşma imzalanıb.
Sənədi Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında kiçik və orta biznesin inkişafı agentliyinin (KOBİA) sədri Orxan Məmmədov və İraq ticarət palataları federasiyasının prezidenti Abdularazaq Əl-Zuhiri imzalayıb.