Bakı. Trend:
Azərbaycanda etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan “Özünüqiymətləndirmə” sistemi tətbiq ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.
Dövlət Gömrük Komitəsi 2026-2028-ci illərdə İqtisadiyyat Nazirliyi ilə birgə biznes dürüstlüyünə əsaslanan “Özünüqiymətləndirmə” sisteminin formalaşdırılması üçün beynəlxalq təcrübənin araşdırılması və biznes dürüstlüyünə əsaslanan “Özünüqiymətləndirmə” sisteminin qurulmasını həyata keçirəcək.
