...

İYULUN 26-DA 95 SƏHMDAR CƏMİYYƏTİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ PUL HƏRRACI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2005 12:19 (UTC +04:00)

İyulun 26-da Respublika Auksion Mərkəzində (RAM) səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə pul hərracı keçiriləcəkdir. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən (İİN) Trend xəbər agentliyinə məlumat verilib.

Məlumata görə, satışa ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən 95 səhmdar cəmiyyətin səhmləri çıxarılacaq. Pul hərracında iştirak etmək üçün sifariş verən hər hansı hüquqi və fiziki şəxs hərraca çıxarılan müəssisənin səhmlərinin ilkin satış qiymətinin 10%-i məbləğində behi İİN Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin Milli Bankdakı hesabına köçürməlidir. Sifarişlər isə iyulun 21-ə qədər qəbul olunacaqdır. Hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələrin özəlləşdirmə planı ilə RAM-ın kitabxanasında tanış ola bilərlər.

Qeyd edək ki, iyulun 19-da da RAM-da ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən 86 səhmdar cəmiyyətin səhmlərinin satışı üzrə pul hərracı keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti